Fransada terror aktı hazırlamaqda şübhəli bilinən 3 nəfər gənc ölkədə vətəndaş müharibəsi başlatmaq və “İslam dövləti” yaratmaq istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə ‘‘Le Parisien‘‘ məlumat yayıb.
Xəbərdə bildirilir ki, tələbələr Fransa Daxili Təhlükəsizlik Baş İdarəsini partlatmaq niyyətində olublar. Şübhəlilərdən biri Anes T.-nin açıqladığı planlara görə, gənclər terror aktının ölkədə xaosa gətirib çıxaracağı və vətəndaş qarşıdurmasına başlamağa imkan verəcəyinə ümid ediblər.
Nəşr qeyd edir ki, gənclərin son məqsədi Fransada “İslam dövləti" yaratmaq olub. Anes T. istintaqa bu cihadçı təşəbbüsdən təəssüfləndiyini bildirib.