11:32
251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və fəxri sədri Bidzina İvanişvilinin sərvəti bu ilin əvvəlindən noyabrın 9-dək 1,13 milyard ABŞ dolları artıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb.

Nəşrin siyahısına əsasən, B.İvanişvili 7,73 milyard ABŞ dolları ilə dünyanın 500 milyarderi arasında 391-ci yerdə qərarlaşıb.

Qeyd olunub ki, onun sərvətinin böyük hissəsini səhmlər, gəlirli aktivlər və nağd vəsaitlər, alternativ investisiyalar və məhsullar təşkil edir. Bundan başqa, hakim partiyanın fəxri sədri 1 milyard ABŞ dolları dəyərində incəsənət əşyaları kolleksiyasına malikdir.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər