ABŞ dövlət katibi Antoni Blinken Türkiyəyə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Blinkenin Türkiyəyə dekabrın 13-də səfər edəcəyi gözlənilir.
Səfər çərçivəsində dövlət katibinin Türkiyə xarici işlər naziri Hakan Fidanla görüşü planlaşdırılıb.
Tərəflər Suriyadakı son hadisələr və iki ölkənin regiona dair siyasətini müzakirə edəcəklər.