Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini, millət vəkili İsmayıl Özdəmir İsrailin Suriyadakı hərbi fəaliyyətləri ilə bağlı hökumətə çağırış edib.
Teleqraf.com xəbər verir ki, İsrail ordusunun paytaxt Dəməşqin 20 kilometrliyinə yaxınlaşdığını və bu durumun döyüş qaydalarının sürətlə müəyyənləşdirilməsini tələb etdiyini bildirib.
Özdəmir Türkiyənin xarici siyasətinin regional və qlobal arenada Ankara mərkəzli bir yanaşma ilə daha təsirli şəkildə davam etdirilməsinin lazım olduğunu vurğulayıb:
“Yerdən gələn məlumata görə, İsrailin Suriyaya müdaxilə cəhdlərinin təkcə Qolan təpələri ilə məhdudlaşmayacağı görünür. Artıq İsrail Dəməşqin 20 kilometrliyindədir. Bu o deməkdir ki, tezliklə İsraillə fiziki təmas xəttinə daxil olacağıq. Bu durumda təcili olaraq öz cavab şərtlərimizi müəyyən etməliyik.
Cümhuriyyət tariximizin ən həssas dövrlərindən keçərkən, tarix bizə bir daha Ankara mərkəzli yanaşma və baxışımızı həyata keçirmək öhdəliyimizi xatırladır. Böyük Türkiyə və "Türk əsri" idealımız belə həyata keçəcək”.