15:19
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-dən gələn yardımlar dayansa belə, Ukrayna ən azı altı ay ərzində Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün kifayət qədər vəsait və silaha malik olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko məlumat verib.

Marçenko qeyd edib ki, Donald Tramp hakimiyyətə qayıtdıqdan sonra Vaşinqtondan mümkün yardımın dayandırılması Ukrayna üçün böyük problem və çağırışdır, ona görə də yeni administrasiya ilə əməkdaşlıq prioritet strategiya olmalıdır.

“Hesab edirəm ki, ən azı 2025-ci ilin birinci yarısınadək müqavimət göstərmək üçün kifayət qədər vəsaitimiz, silahımız, raket və artilleriya mərmilərimiz var. 2025-ci ildə döyüş sursatı və lazımi hərbi texnikanın alınması üçün kifayət qədər büdcə vəsaiti ayıracağıq. İndi ABŞ-dan lazımi silahların alınması o deməkdir ki, ən azı ilin birinci yarısı və ondan sonra bu təcavüzə qarşı dayanmaq üçün yaxşı təchizatla təmin olacağıq”, - Marçenko belə qeyd edib.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər