Fransa prezidenti Emmanuel Makron Gürcüstanın Avropa yolundan yayınmasından təəssüflənir.
Teleqraf.com xəbər verir ki, o, bunu “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili ilə apardığı telefon danışığı zamanı ifadə edib.
Prezident administrasiyasının yaydığı məlumata əsasən, E.Makron Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlərin bu vaxta qədər qəbul edilmiş və ya qəbul ediləcək qərarlardan asılı olacağına əminliyini bildirib.
O, danışıq zamanı dinc etirazçılar və jurnalistlərə qarşı zorakılığı pisləyib, aksiyalarda saxlanılanları azad etməyə, ifadə və sərbəst toplaşma azadlığına hörmət etməyə, bütün siyasi partiyalar və vətəndaş cəmiyyəti nümayəndələri arasında inklüziv dialoqa çağırıb.