"Donald Trampın komandası Ukrayna ilə bağlı planları hələ təqdim etməyib".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Biz hələ də ölkəmizin təhlükəsizliyinin və rusdilli əhalinin hüquqlarının təmin edilməsi üçün ciddi, işlək variantlar almamışıq”, - diplomat bildirib.
Eyni zamanda, Zaxarova Rusiyanın Tramp komandası ilə dialoqa hazır olduğunu vurğulayıb.