20:05
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dünyada yalnız onun və Rusiya Prezidenti Vladimir Putinin təcrübəli liderlər olması barədə açıqlamasına cavab verib.

Teleqraf.com xəbər verir ki, bu gün keçirdiyi brifinqdə “NEWS.ru”nun müvafiq sualına M.Zaxarova "cənab Ərdoğanın bu fikirlərinə münasibət bildirməyi düzgün hesab etmirik" cavabını verib.

XİN sözçüsü əlavə edib ki, Rusiya tərəfi dost ölkələrlə münasibətlərini qoruyur.

“Ölkəmiz dost ölkələrdən olan həmkarlara və liderlərə hörmət edir, dialoqu davam etdirir, əlaqələri inkişaf etdirir, mütəmadi olaraq təmaslar təmin edilir. Lakin Türkiyə Prezidentinin bəyanatını şərh etməyi düzgün hesab etmirik, bu Türkiyə tərəfinin işidir”, - Zaxarova deyib.

Xatırladaq ki, daha əvvəl Ərdoğan Qaziantep vilayətində gənclərlə söhbəti zamanı yalnız özünü və Vladimir Putini uzun müddətdir siyasi səhnədə olan yeganə təcrübəli liderlər olduğunu deyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər