20:52
208
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni prezidenti Donald Tramp böyük oğlunun nişanlısı, “Fox News”un keçmiş aparıcısı Kimberli Quilfoylu Yunanıstanda səfir görmək istəyir.

Teleqraf.com xəbər verir ki, Tramp bu barədə özünün sahibi olduğu “Truth” sosial şəbəkəsində məlumat verib.

“Kimberli uzun illərin yaxın dostudur. O, Yunanıstanla güclü ikitərəfli əlaqələri inkişaf etdirmək, müdafiə sahəsində əməkdaşlıqdan tutmuş ticarət və iqtisadi innovasiyalara qədər olan məsələlərdə maraqlarımızı qorumaq üçün mükəmməl namizəddir”.

Trampın gəlini də bu təklifə qarşılıq öz sosial şəbəkə hesabında paylaşım edib:

“Prezident Trampın Yunanıstanda növbəti səfir vəzifəsinə namizədliyini qəbul etməkdən şərəf duyuram və ABŞ Senatının dəstəyini qazanmağı səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, Tramp daha əvvəl də digər gəlini Lara Trampın Floridaya senator kimi namizədliyini irəli sürüb.


Müəllif: Teleqraf.com