Suriyanın Dəməşq şəhərində son 24 saatda üç alim öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Hurriyet" məlumat yayıb.
Bu gün fizik Şadia Habbal əri ilə birlikdə evində ölü tapılıb. Daha öncə isə mikrobioloq Zəhra əl-Xomsiyə və kimyaçı Həmdi İsmayıl Nada da evlərində ölü vəziyyətdə aşkarlanmışdılar.
Suriya mediası qətllərin İsrail tərəfindən törədildiyini iddia edir.