Almaniya Ukraynanın müdafiə sənayesində ən böyük müttəfiqidir.
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın baş naziri Denis Şmıqal deyib.
“Müdafiə sənayesində Almaniya ilə ən çox birgə müəssisəmiz var. Söhbət zirehli texnika və tankların təmiri, müasir piyada döyüş maşınlarının, hava hücumundan müdafiə sistemlərinin və onlar üçün raketlərin istehsalı üzrə birgə layihələrdən gedir”, - deyə siyasətçi izah edib.
Şmıqal qeyd edib ki, Almaniya ilə qarşılıqlı əlaqə Kiyevə hərbi sənaye sahəsində geniş perspektivlər verəcək.