Almaniya Kansleri Olaf Şolts hökumətə etimadla bağlı Bundestaqa müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat verib.
"Bu gün səhər Almaniya Kansleri Olaf Şolts Əsas Qanunun 68-ci maddəsinə uyğun olaraq etimad məsələsi ilə bağlı yazılı müraciəti imzalayıb", - deyə Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.
Sənəd Bundestaq sədrinin dəftərxanasına təqdim edilib. Etimad votumu ilə bağlı müzakirələr dekabrın 16-na planlaşdırılıb.