Gürcüstanın müxalifyönlü “Mtavari arxi” (“Əsas kanal”) televiziya kanalının maliyyə mənbələri tükənib.
Teleqraf.com xəbər verir ki, bunu media qurumunun baş direktoru Giorgi Qabunia keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, “Mtavari arxi”nin əsas tərəfdaşı olan iş adamı Zaza Okuaşvili telekanalı bağlamaq qərarına gəlib.
G.Qabunia qeyd edib ki, “Mtavari arxi” ilə imzalanmış müqavilələrə xitam verilir və bu da kanalın fəaliyyətini mümkünsüz edir. Baş direktor kanalın maliyyələşməsinin dayandırılmasının hökumətlə razılaşdırıldığını iddia edib.
Qeyd edək ki, “Mtavari arxi” 2019-cu ilin sentyabrından yayıma başlayıb və qısa müddət ərzində Gürcüstanın ən reytinqli telekanallarından birinə çevrilib. Media qurumunun təsisçisi “Rustavi 2” telekanalının keçmiş baş direktoru, müxalif “Dəyişikliklər naminə koalisiya”nın liderlərindən biri Nika Qvaramiyadır.