Auditorlar ABŞ-ın nüvə tullantılarından qurtulma strategiyasını natamam hesab ediblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Konqresinin hökumət nəzarəti ofisinin müvafiq hesabatında məlumat verilib.
“Rəhbərliyin yeni tullantıların təmizlənməsi, saxlanması və utilizasiyası strategiyası əhatəli deyil və bütün qanuni tələbləri tam nəzərə almır”, - təftiş strukturları bildirib.
Auditorlar müəyyən ediblər ki, ABŞ Milli Nüvə Təhlükəsizliyi Administrasiyası ortamüddətli perspektivdə (11-25 il) nüvə tullantılarının bütün mənbələrini və həcmlərini müəyyən etməyib və onun utilizasiyası planlarını əlaqələndirməyib. Analitiklər həm də rəhbərliyin növbəti beş ildə tullantıların utilizasiyası üçün tələb etdiyi vəsaiti - 2,5 milyard dolları əsassız hesab edib.