00:41
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurası Ukraynanın tələbi ilə dekabrın 12-də təcili iclas keçirəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov teleqram kanalında bildirib.

“Sabah BAEA-nın Rəhbərlər Şurası Ukraynanın tələbi ilə atom elektrik stansiyalarının təhlükəsizliyi üçün vacib olan qeyri-sabit enerji infrastrukturunun nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək”, - diplomat deyib.

Onun sözlərinə görə, bu iki mövzunun bir-biri ilə əlaqələndirilməsi heç bir əsasa söykənmir və BAEA-nın səlahiyyətləri çərçivəsindən kənara çıxır.

BAEA-nın daimi missiyaları 2023-cü ildən Ukraynanın bütün atom elektrik stansiyalarında işə başlayıb. Agentliyin rəhbəri Rafael Qrossi bildirib ki, təşkilatın müfəttişləri Ukraynanın atom elektrik stansiyalarını kənardan təchiz edən elektrik yarımstansiyalarının vəziyyətinə nəzarət edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər