15 May 2014 17:31
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın LDPR partiyasının lideri Vladimir Jirinovski Smolensk şəhərinə səfər edərkən yenə qalmaqallı bir fikir işlədib.

O, Dnepr çayının çayının suyunun geri axıdılmasını təklif edib. Qubernatoru LDPR partiyasının üzvü Aleksey Ostrovski olan Smolensk şəhəri Dneprin məcrasına yaxın ərazidə yerləşir. Bu məqsədlə də Jirinovski öz kadrlarının işini yoxlamaq üçün bölgələrə səfərlər edir. Bu dəfə Smolenskə olan səfərində Ukraynada baş verən hadisələr barədə danışıb.

O, bildirib ki, Ukrayna və Belarus respublikalarının ərazilərindən axan Dnepr çayının suyundan Ukraynanın Krım hissəsində daha çox istifadə edirdilər. Lakin indi Krıma gedən suyu Ukrayna bağlayıb. O təklif edib ki, Dnepr suyunun axarını geriyə dəyişib, Don və ya Desna çayına axıtmaq lazımdır. Belə olarsa, Ukrayna özü susuz qalacaq. Rusiya ya bu layihəni bəyənməli, ya da yeni su mənbələri axtarmalıdır.

O qeyd edib ki, moskvalı alimlər artıq layihənin həyata keçirilməsi üzərində işləməyə başlamalıdırlar. Smolensk şəhərinin quberantoru da partiya rəhbərinin ideyasını dəstəkləyib./anspress/


Müəllif: