"Ukrayna prezidenti Vladimir Zelenski Milad bayramı üçün atəşkəs rejiminin yaradılması və hərbi əsirlərin mübadiləsinin aparılması təklifini rədd edib".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Siyasətçi qeyd edib ki, Macarıstan Avropa İttifaqına sədrliyinin sonunda sülhə nail olmaq üçün yeni səylər göstərib.
“Prezident Zelenskinin bu gün açıq şəkildə bu təklifi rədd etməsi və onu nəzərdən keçirməməsi təəssüf doğurur. Əlimizdən gələni etdik!” - nazir deyib.