"Moskva “yaxın günlərdə” Ukraynaya qarşı orta mənzilli “Oreşnik” ballistik raketi ilə növbəti zərbə endirmək qərarına gələ bilər".
Teleqraf.com "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Sabrina Sinq brifinq zamanı bildirib.
O, Rusiyanın dəqiq hara zərbə vura biləcəyi də daxil olmaqla, təfərrüatları təqdim edə bilməyəcəyini vurğulayıb.