18:44
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Rəsmi Kiyevi tənqid edib.

Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.

Bildirilib ki, tənqidə səbəb Ukraynanın Amerika istehsalı olan ATACMS raketləri ilə Rusiyaya zərbə endirməsi olub.

Tramp bu qərarla qəti şəkildə razılaşmadığını deyib.

"Bunu niyə edirik? Biz sadəcə bu münaqişədə gərginliyi artırmaqla məşğuluq", - deyə yeni Ağ Ev lideri qeyd edib.

Donald Tramp həmçinin, Cozef Baydenin Rusiyanın dərinliklərinə ATACMS raketlərilə zərbə endirmək təklifinin təhlükəli və "axmaq" qərar olduğunu deyib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər