ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp atəşkəs rejiminə əməl olunmasına nəzarət etmək üçün Ukraynaya Avropa qoşunlarının yerləşdirilməsini təklif edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bunu dekabrın 7-də Parisdə Ukrayna prezidenti Vladimir Zelenski və Fransa prezidenti Emmanuel Makronla görüşündə deyib. O, atəşkəsə nail olunduğu halda bu variantdan istifadə etmək istədiyini açıqlayıb.