Avropa rəsmiləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna ilə bağlı dəqiq planının olmadığını düşünürlər.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” Aİ rəsmilərinə istinadən yazır.
Onların sözlərinə görə, Tramp seçkidən sonra onlara Ukraynadakı münaqişə ilə bağlı suallar verib və vəziyyətin həlli ilə bağlı onların fikirləri ilə maraqlanıb. Onlar bu söhbətdən sonra onun dəqiq plan hazırladığına şübhə ilə yanaşıblar.