Cənubi Koreya Prezidenti Yun Sok-Yolun impiçmenti haqqında qanun layihəsi növbəti dəfə ölkə parlamentinə təqdim edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
Cənubi Koreya qanunlarına görə, impiçmentlə bağlı səsvermə qarşıdakı 24-72 saat ərzində keçirilməlidir.
Ötən həftəsonu, ilk impiçment cəhdinin uğursuzluğa düçar olmasından sonra müxalifət hər həftə dövlət başçısının vəzifəsindən kənarlaşdırılması məsələsini qaldıracağına söz verib.
Koreya lideri isə öz növbəsində vəzifəsindən istefa vermək fikrində olmadığını bəyan edib.
Qeyd edək ki, qərarın təsdiqi üçün 300 deputatdan 200-ü impiçmentin lehinə səs verməlidir.