İsrail müdafiə naziri İsrael Katz qoşunlara qış aylarında Hermon dağının Suriya tərəfində qalmağa hazırlaşmağı əmr edib.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri bunun İsrailin təhlükəsizliyi üçün zəruri olduğunu bildirib.
“Suriyada baş verənlərə görə, Hermon dağını tutmağımızın böyük təhlükəsizlik əhəmiyyəti var. İsrail Müdafiə Qüvvələrinin bölgədə hazırlıqlarını təmin etmək, çətin hava şəraitində qoşunların orada qalmasına imkan vermək üçün hər şey edilməlidir”, - Katz belə vurğulayıb.
Katz bu qərarı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Herzi Halevi və digər yüksək səviyyəli zabitlərlə keçirdiyi toplantı zamanı verib.