11:35
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Xarici siyasətçilərin Gürcüstana səfərinin məqsədi alova benzin tökməkdir”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili brifinqdə deyib.

Spikerin sözlərinə görə, Gürcüstanda həyat tədricən öz normal ritminə qayıdacaq.

“Son bir neçə gündə biz aqressiv qruplardan azad edilmiş dinc nümayişləri müşahidə edirik. Bu, ölkədəki hazırkı prosesin siyasi məcraya qayıtmasını göstərir”, - Ş.Papuaşvili söyləyib.

O, müəyyən qüvvələrin hələ də sabitliyi pozmaq istədiklərini qeyd edib.

“Gürcüstanda sülh, əmin-amanlıq və birlik istəməyən qüvvələri də görürük. Mən tərəddüd etmədən bildirmək istəyirəm ki, ölkəmizdə qeyri-sabitliyi və iğtişaşları təşviq edənlər ölkəmizin və gürcü xalqının düşmənləridir”, - Ş.Papuaşvili söyləyib.

Qeyd edək ki, Avropa Parlamentinin nümayəndə heyəti Gürcüstanda səfərdədir. Deputatlar ötən gün müxalifət nümayəndələri, prezident Salome Zurabişvili və jurnalistlərlə görüşlər keçiriblər. Onlar ötən axşam Tbilisidə keçirilən etiraz aksiyasına da qoşulublar.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər