12:12
207
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Salome Zurabişvili bilavasitə ölkə xaricindən idarə olunur”.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstan kimi kiçik və regional cəhətdən həsas bir ölkə üçün heç bir xarici gücün təsiri altına düşməyəcək bir prezidentin olması vacibdir.

“Gürcüstan prezidentliyi üçün əsas və önəmli kriteriya vətənpərvərlik və xalqa xidmətdir. Sabahkı seçkilərdən və dekabrın 29-da andiçmə mərasimindən sonra gürcü xalqının birinci yerdə vətəni və xalqı olacaq, konstitusiyaya uyğun şəkildə dövlət başçısı funksiyasını yerinə yetirəcək prezidenti olacaq”, - Ş.Papuaşvili söyləyib.

Parlament sədri qeyd edib ki, Gürcüstanda prezident institutunun reputasiyası xüsusən hazırkı dövlət başçısının dövründə çox zədələnib və növbəti prezidentə onu bərpa etmək üçün çox vaxt lazım olacaq.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər