14:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropadan bizə deyirlər ki, ağ qaradır və bu, olduğu kimi qəbul edilməlidir. Bu cür bəyanatlar Avropa İttifaqını, Avropanı və konkret yüksək vəzifəli şəxsləri nüfuzdan salır”.

Teleqraf.com xəbər verir ki, bunu Tbilisi meri Kaxa Kaladze jurnalistlərə açıqlamasında deyib.

O, Gürcüstanın dostluğa və tərəfdaşlığa hazır olduğunu bildirib.

“Biz Gürcüstanın etibarlı tərəfdaş olduğunu dəfələrlə yalnız sözlərlə deyil, konkret hərəkətlərimizlə də sübut etmişik. Biz dostluğun nə olduğunu bilirik, lakin bunların hamısı qarşılıqlı olmalıdır”, - K.Kaladze söyləyib.
ABŞ-nin sanksiya qərarına da münasibət bildirən Tbilisi meri gürcü xalqının belə münasibətə layiq olmadığını bildirib.

“ABŞ-nin hazırkı administrasiyası iki ölkə arasında münasibətləri pisləşdirməyə və dalana salmağa çalışır. Ümid edirik ki, yeni administrasiya münasibətləri yenidən quracaq və onları sağlamlaşdıracaq”, - K.Kaladze deyib.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər