19:52
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Cozef Bayden vəzifədən getməmişdən əvvəl Ukraynaya külli miqdarda silah tədarük edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə "CNN" ABŞ prezidentinin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, administrasiya Donald Trampın andiçmə mərasimindən əvvəl rəsmi Kiyevə silah tədarükünün sürətini artırmaq niyyətindədir.

Telekanalın həmsöhbətlərindən birinin sözlərinə görə, Birləşmiş Ştatlar yanvarın ortasınadək Ukraynaya yüz minlərlə artilleriya mərmisi, minlərlə raket, yüzlərlə zirehli maşın və digər zəruri avadanlıq göndərəcək.

Bayden komandasının bu addımı yeni seçilmiş prezident Donald Trampın mövqeyi ilə kəskin ziddiyət təşkil edir.

Ötən gün dərc olunan "Time" jurnalına müsahibə verən yeni Ağ Ev lideri Donald Tramp Co Baydenin Rusiyaya Amerika istehsalı olan raketlərlə hücum etmək qərarını pisləyib.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər