17:27
2 336
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan parlamenti “Dövlət sirri haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, sənəddə digər məsələlərlə yanaşı, keçmiş prezidentlər və ailə üzvlərinin səhhəti və şəxsi həyatları ilə bağlı məlumatların məxfilikdən çıxarılması təklif edilir.

Dəyişiklik qanun layihəsinin Milli Məclisdə (parlamentin aşağı palatası) müzakirəsi zamanı edilib.

Mövcud qanuna görə, yalnız Qazaxıstanın hazırkı prezidenti və ailə üzvlərinin səhhəti və şəxsi həyatları ilə bağlı məlumatlar məxfidir.

Senat (parlamentin yuxarı palatası) sənədi təsdiqləyərək, imzalaması üçün Prezident Kasım Jomart-Tokayevə göndərib.

Nursultan Nazarbayev 2019-cu il martın 19-da hakimiyyəti Kasım-Jomart Tokayevə təhvil verərək və geniş səlahiyyətləri özündə saxlayaraq, Qazaxıstan prezidenti vəzifəsindən istefa verib. Amma üç il sonra sabiq prezident səlahiyyət və imtiyazlarından məhrum edilib.

2022-ci ilin yanvarında etirazlar fonunda Nazarbayevin ömürlük Təhlükəsizlik Şurasına sədrliyini ləğv edən qanun qəbul olunub. 2023-cü ildə Tokayevin qərarı ilə keçmiş prezident “Elbası” statusundan, xalqa müraciət etmək və dövlət orqanları və məmurlara tövsiyələr vermək hüququndan da məhrum edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər