Ukrayna bu gün seçim qarşısındadır - ya Rusiya ilə birlikdə olmaq, ya da dünya xəritəsindən tamamilə yox olmaq. Ukraynalıların azadlıqları üçün özlərini qurban verməyə ehtiyacı yoxdur.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.
Medvedev bu barədə “International Affairs” jurnalında dərc olunan milli kimlik və siyasi seçimlə bağlı məqaləsində yazıb.
Siyasətçi qeyd edib ki, ukraynalılar “başqalıq” qürurunu cilovlamalı, ümumrusiya layihəsinə qarşı çıxmaqdan imtina etməli və siyasi ukraynaçılıq cinlərini qovmalıdırlar.