Aİ xarici işlər nazirləri Gürcüstana qarşı sanksiyaları, o cümlədən müəyyən kateqoriyadan olan şəxslər üçün viza rejiminin mümkün tətbiqini müzakirə edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
“Repressiyalara və insan hüquqlarının pozulmasına görə məsuliyyət daşıyan şəxslərə qarşı mümkün sanksiyalar müzakirə olunacaq”, - məlumatda deyilib.
Məlumata görə, gürcü diplomatları və rəsmiləri üçün viza rejiminin yenilənməsi ehtimalı var.