ABŞ dövlət katibi Antoni Blinken Türkiyədən sonra İraqa gözlənilməz səfər edib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Blinken səfər zamanı ABŞ-ın Bağdaddakı səfirliyinə gedib və Suriyadakı vəziyyətlə bağlı Baş nazir Məhəmməd Şii əl-Sudani ilə müzakirələr aparıb.
Xatırladaq ki, Blinken dünən Türkiyəyə rəsmi səfər edib.