13 Dekabr 21:34
411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın cənubundakı dürzilər sünni müxalifətin Dəməşqdə hakimiyyətə gəlməsindən sonra İsrailə qoşulmağın tərəfdarı olduqlarını bildiriblər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin "Kan" televiziyası məlumat yayıb.

Telekanalın yaydığı videoda iddia edilir ki, sərhəddə yerləşən Hader kəndinin onlarla sakini İsrailin bir hissəsi olmağın Suriyada qalmaqdan daha təhlükəsiz olacağını bəyan ediblər.


Müəllif: Arzu

Oxşar xəbərlər