13 Dekabr 23:07
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna hökuməti Rusiyadan mal idxalına qoyulan qadağanı 2025-ci ilin sonuna qədər uzadıb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram" kanalında məlumat verib.

Məlumata görə, Rusiya Federasiyasından Ukraynaya malların idxalına qadağa hələ 2015-ci ildə qəbul edilib və o vaxtdan bəri dəfələrlə uzadılıb. Qadağan olunmuş məhsullara ət, balıq, qəhvə, çay, şokolad, ev heyvanları üçün yeməklər, spirt və siqaret daxildir. Bundan başqa, fərman bəzi sənaye məhsullarına, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı gübrələrinə və kənd təsərrüfatı məhsullarına da şamil edilib.


Müəllif: Arzu

Oxşar xəbərlər