Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski litvalı həmkarı general Raymundas Vaiksnoras ilə görüşüb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə o, özünün Telegram kanalında məlumat yayıb.
“Biz Litvanın Minalardan Təmizləmə Koalisiyasının yaradılmasına verdiyi töhfəni və Ukraynaya dəstək üçün digər koalisiyalar çərçivəsində fəal yardımını yüksək qiymətləndiririk ”, - Sırski yazıb.
O, həmçinin Litva xalqına Ukraynanın müstəqilliyi və azadlığı uğrunda mübarizədə göstərdikləri köməyə və verilən silahlara görə minnətdarlığını bildirib.