Almaniya, Fransa, Polşa, İtaliya, Böyük Britaniya, həmçinin NATO və Aİ başçıları Ukrayna prezidenti Vladimir Zelenskini çərşənbə günü Brüsseldə görüşə dəvət ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb .

Agentliyin məlumatına görə, görüşdə Ukraynaya yardım məsələsi müzakirə olunacaq.

“Bu, konkret qərarların qəbul ediləcəyi bir görüş olmayacaq, əksinə, qarşıdakı həftələr və aylar davam edəcək qarşıdurma ilə bağlı siyasi müzakirə olacaq”, - adı açıqlanmayan mənbə agentliyə bildirib.

NATO-nun baş katibi Mark Ruttenin ev sahibliyi edəcəyi tədbir liderlərin Brüsseldə keçiriləcək Aİ-Qərbi Balkan sammitinə toplaşdığı gün baş tutacaq. Buraya Zelenski ilə birgə görüş və bir sıra ikitərəfli görüşlər daxildir.