10:18
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin devrilməsindən sonra separatçı terror təşkilatı YPG/PKK işğal etdiyi ərazilərdə “müstəqillik” arzusundadır. Suriyanın müdafiə qüvvələrini bombardmanlarla iflic vəziyyətinə salan İsrail etnik qrupları öz tərəfinə çəkərək cənubda yerləşməyə can atır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin “Haber7” portalı yazır.

Nəşr bildirir ki, ölkənin cənubunda yaşayan druzlar İsraillə birləşmək istəkləri barədə bəyanat veriblər:

“Qolan təpələrindən Suriyaya daxil olan İsrailin müdafiə naziri Yisrael Katz Hermon dağının 51 ildən sonra İsrailin nəzarətinə keçdiyini açıqlayıb. Suriyanın cənubundakı 6 druz kəndinin rəhbərləri İsrail ordusunu onları Qolana birləşdirməyə çağırıb.

Druz və PKK-nı müttəfiq kimi qəbul edən İsrail Latakiyada nusayrilərlə yaxınlaşmaq planları qurur. Nusayrilərin ən sıx məskunlaşdığı yerlər olan Latakiya və Tartusda ayrı bir dövlətin qurulması planlarının hazırlandığı bildirilir”.

Portal qeyd edir ki, Latakiyanın mərkəzi və müstəqillik iddiasında olan nusayrilərin “gizli paytaxt”ı Kirdəxadan 3000-dən çox nusayri Aralıq dənizi üzərindən Cənubi Kiprə keçib:

“Sakit görünsə də, Latakiyada həyəcanlı gözləmə hökm sürür. Söhbət etdiyimiz şəxslər bölgədə yaşayan nusayrilərin Hələbin ələ keçdiyi gündən gizli silahlandıqlarını deyirlər. Bəşər Əsədin məmləkəti Latakiyada yeni hökumətə qarşı qiyama çağırışlar edilir.

Ölkədə 61 il hakimiyyəti əldə saxlamış nusayrilər PKK düşərgələrinin yerləşdiyi dağlıq bölgələrdə yeni qiyam hərəkatı hazırlayırlar. Nusayrilər bölgədə Latakiyadan İsgəndəruna (Türkiyə) dənizdən Cənubi Kipr-Yunanıstan-Latakiya dəhlizi qurmağa çalışırlar”.

Nəvvaf adlı keçmiş zabit, polkovnik “Haber7”-yə Latakiyada gizli silah anbarlarının olduğu və bölgədə minlərlə insana silah paylanıldığı barədə məlumat verib:

“Regionda PKK-ya bənzər bir nusayri təşkilatı yaratmağa çalışırlar. Yaxın vaxtlarda ciddi təxribatlar baş verə bilər. Bir çox kəşfiyyat təşkilatı bölgəni qarışdırmağa çalışır. Bu prosesə “Əl-Muxabarat”ın (Əsəd rejiminin kəşfiyyat qurumu) qalıqları rəhbərlik edir. Qarşıdakı dövrdə Cəbəl Ələviyyun dağında PKK-ya bənzər bir təşkilat quraraq, Suriya və Türkiyəni təhdid etmək istəyirlər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər