Gürcüstan parlamentində prezident seçkiləri etiraz aksiyası fonunda davam edir.
Teleqraf.com xəbər verir ki, bir qrup etirazçı aksiyaya top gətirib və onlar parlament binasının önündə futbol oynayırlar.
Erirazçılar prezidentliyə namizəd, sabiq futbolçu Mixeil Kavelaşviliyə müraciət edərək “Mixeil, gəl bizimlə futbol oyna” şüarlarını səsləndirirlər.
Bəzi etirazçılar aksiyaya diplomaları ilə gəliblər. Onlar bununla Kavelaşvilini diplomunu göstərməyə çağırırlar.
Qeyd edək ki, prezidentliyə yeganə namizədin ali təhsil haqqında diplomunun olmadığı bildirilir.