Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı İsrail qırıcılarının Suriyada PKK terror təşkilatına dəstək olacağı halda vurmaq əmri alıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Mənbələrdən biri Rusiya agentliyinə bildirib ki, Türkiyə istənilən şəraitdə İsrail Hərbi Hava Qüvvələri və ya digər qurumların PKK/YPG terrorçularını dəstəkləməsinə icazə verməyəcək:
“Belə hal baş verərsə, Türkiyənin hava hücumundan müdafiə sistemləri və qırıcıları onları məhv etməyə hazırdır”.
Məlumatda deyilir ki, müvafiq əmrlər artıq Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahına verilib.
Hələlik Ankaradan bu barədə rəsmi açıqlama yoxdur.