“Biz yeni seçkilərə mütləq nail olacağıq, azadlıq uğrunda mübarizə qələbəyə qədər davam edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Mamuka Xazaradze “Facebook” səhifəsində yazıb.
O, hökumətin prezident seçkilərini təyin etməsini öz vətəndaşlarına qarşı təxribat adlandırıb.
Digər müxalifət nümayəndəsi, “Millk Birlik - Hərəkat” koalisiyasının liderlərindən biri Giorgi Vaşadze də etirazların davam etdiriləcəyini bildirib.
Parlament binası qarşısındakı aksiyaya qoşulan siyasətçi deyib ki, etirazlar gürcü xalqının birliyini və dönməz iradəsini nümayiş etdirir.
“Gürcüstan Rusiya deyil və gürcü xalqı sona qədər mübarizə aparacaq. Gürcüstan İvanişvilidən qurtulmayana qədər etirazlar səngiməyəcək”, - G.Vaşadze söyləyib.