17:14
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya müxalifət qüvvələrinin Bəşər Əsəd rejiminin devrilməsi ilə nəticələnən birgə hücumu bir ildən artıqdır planlaşdırılırdı.

Teleqraf.com xəbər verir ki, bu barədə “Heyət Təhrir əş-Şam” Hərəkatının (HTŞ) silahlı qanadının rəhbəri Əbu Həsən əl-Həmuyi Britaniyanın “The Guardian” qəzetinə bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə müxaliflər ciddi ərazi itkiləri verdikdən sonra HTŞ əsas problemin vahid rəhbərlik və hərbi əməliyyatlara nəzarətin olmaması qənaətinə gəlib. Bundan sonra beş il ərzində Əsəd rejimini diqqətlə öyrənən və onun taktikasını təhlil edən hərəkat nizam-intizamlı və yaxşı təchiz olunmuş bölmələr yaradıb. Digər işlərlə yanaşı, PUA-lardan istifadə öyrənilib və bunlardan istifadə üzrə ixtisaslaşmış komandalar formalaşdırılıb.

Son hücumun başlamasına bir il qalmış HTŞ ölkənin cənubunda müxalif qüvvələrlə təmasa keçərək, birgə əməliyyatların koordinasiyası mərkəzi yaradıb. Bu, eyni vaxtda şimal və cənubdan paytaxt Dəməşqə hücuma imkan verdi.

Əl-Hamuyinin sözlərinə görə, Suriyada normal həyata qayıtmaq asan məsələ olmayacaq, amma HTŞ mümkün qədər müxtəlif birliklər arasında ideoloji və dini fərqləri aradan qaldırmağa çalışır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər