16:30
262
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-la təmaslar zamanı Türkiyə Rusiyanın “Qazprombank”ına qarşı sanksiyalar çərçivəsində özü üçün istisna məsələsini qaldırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Hürriyət” məlumat yayıb.

Müvafiq məsələ Ankarada ABŞ dövlət katibi Entoni Blinkenlə türk həmkarı Hakan Fidan arasında keçirilən görüşdə müzakirə olunub. Mənbənin sözlərinə görə, görüşdə Amerikanın baş diplomatına Ankaranın lazımi istəkləri çatdırılıb.

ABŞ tərəfi qeyd edib ki, sorğularla bağlı məlumatlandırılıb və müvafiq qiymət verəcək.

Xatırladaq ki, Blinken dünən Türkiyədə səfərdə olub. ABŞ-ın baş diplomatı səfəri çərçivəsində Hakan Fidanla yanaşı, Prezident Rəcəb Tayyib Ərdoğanla da görüşüb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər