14:58
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mixeil Kavelaşvili Gürcüstanın yeni prezidenti seçilib.

Teleqraf.com onunla bağlı dosyeni təqdim edir.

M.Kavelaşvili 1971-ci ilin iyulun 22-də Gürcüstanın Bolnisi şəhərində anadan olub. Peşəkar futbolçu karyerasına malik Kavelaşvili 1988-1995-ci illərdə Tbilisinin “Dinamo” futbol klubunda oynayıb, komanda tərkibində bir neçə dəfə Gürcüstan çempionu olub.

1991-2002-ci illərdə Gürcüstan yığmasında çıxış edib, 45 matçda oynayıb.

1995-ci ildə Rusiyanın “Spartak-Alaniya” futbol klubuna keçib və onun tərkibində Rusiya çempionu olub. 1996-1997-ci illərdə İngiltərənin “Mançester Siti” klubunda oynayıb. Daha sonra İsveçrənin bir neçə klubunda çıxış edib. 2005-2006-cı illərdə “Bazel” klubunda çıxış edib, daha sonra karyerasına son qoyub və məşqçiliyə başlayıb.
2009-cu ildə “Gürcütanda beynəlxalq peşəkar futbolçular federasiyası” adlı milli təşkilat yaradıb və onun fəxri prezidenti olub. 2016-cı ildə Gürcüstanın İctimai kanalında futbol mütəxəssisi kimi çalışıb.

2016-2020-ci illərdə Gürcüstan parlamentinin deputatı olub, İdman və gənclərlə iş üzrə komitəyə sədrlik edib. 2022-ci ilədək “Gürcü Arzusu” fraksiyasının üzvü olub. Həmin ildə partiya və fraksiyanı tərk edib, “Xalqın gücü” təşkilatının əsas təsisçilərindən biri olub. Bu ilin martında təşkilat partiya kimi qeydiyyatdan keçib. M.Kavelaşvili partiyanın siyasi katibi vəzifəsini tutub. Oktyabrın 26-da keçirilmiş parlament seçkilərində hakim paartiyanın siyahısı üzrə deputat seçilib.

Ailəlidir, üç övladı var.


Müəllif: Cəmilə Babayeva

Oxşar xəbərlər