18:59
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minlərlə ukraynalı qadın və kişi təhlükəyə baxmayaraq, əlaqələrini davam etdirmək üçün ən şiddətli döyüşlərin getdiyi cəbhələrdə görüşürlər. Qanlı müharibəni həm də ağrılı sevgi hekayələri müşayiət edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” cəbhə xəttinin yaxınlığında görüşən ukraynalıların eşq hekayələrindən bəhs edib.

Damina Serbin və Roman Mironenko belə cütlüklərdəndir. Keçən il Kiyev teatrında görüşmüşdülər, artıq ilk görüşdə bir-birlərinə aşiq olduqlarını etiraf eləmişdilər. Tezliklə evlənsələr də, Roman dərhal cəbhəyə getməli oldu.

Dövlət qaz şirkətində işləyən Damina Xarkov yaxınlığındakı dron batalyonunun komandir müavini olan ərinin yanında saatlarla maşın sürməyə məcbur olur. Davamlı atəş altında olan təhlükəli bir şəhərdə görüşürlər.

“Onsuz hər bir şey mənasızdır”, - Roman etiraf edir.

Hərbçilərin xanımları çox vaxt həyatlarını riskə ataraq cəbhə bölgələrinə gedirlər.

32 yaşlı jurnalist Katerina Kapustina da onlardan biridir: “Hiss etdim ki, biz bir-birimiz olmadan yaşamağa çox öyrəşmişik”.

Katerinanın əri mülki həyatda maşinist idi, indi risk zonasında işləyir, zədələnmiş texnikanı idarə edir.

Aktrisa Yuliya Qrabovska hamilə olsa da, tez-tez cəbhəyə ərini görməyə gedir: “Təsəvvür etməyə çalışırıq ki, bu iki gündə müharibə yoxdur”.

Birlikdə yemək bişirirlər, filmlərə baxırlar, dinc gələcək arzulayırlar.

47 yaşlı Yevgeniya Duxopelnikova hər dəfə həyat yoldaşı ilə görüşə gedəndə bütün gününü onun bölməsi üçün yemək hazırlamaqla keçirir. Yevgeniya uzun yol qət etdikdən sonra ərini qucaqlayaraq, “Məni isitmək üçün ona ehtiyacım var” deyir.

Xarkovda saç ustası olan 42 yaşlı Karina Semenova da hərbçilər arasında romantik partnyor tapıb. O deyir ki, bütün hərbçilərdə sevgi və qayğıkeşlik olmur.

Qadınlar anlayırlar ki, hər görüş sonuncu ola bilər. Əri döyüşdə həlak olan Alina Otzemkonun başına belə bir kədərli hadisə gəlib. O, doqquz dəfə oğlunu atasının yanına gətirib, bu itkiyə baxmayaraq, uşaq atasını xatırladığı üçün sevinir.

Alina uşaqlar üçün atanın niyə evdə olmadığı və niyə heç vaxt qayıtmayacağını anlamağa kömək etmək üçün iki kitab yazıb:

“Hər şeyi düzgün etdiyimi düşünürəm. Nə yaxşı ki, məni sözdən uzaqlaşdırmağa çalışan heç kimə qulaq asmadım. Oğlumun atasının xatirəsini qorumağın yeganə yolu bu idi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər