"Gürcüstanda "Maydan" uğursuzluqla nəticələndi və heç vaxt baş tutmayacaq".
Teleqraf.com xəbər verir ki, bunu ölkənin baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, radikal müxalifət öncə seçkiləri, daha sonra küçələrdəki aksiyalarda uduzdu.
"Gürcüstanda xaricdən kifayət qədər ciddi dəstək alan dörd partiya və onlarla zəngin QHT var. Onların hamısı bir yerdə son günlərdə aksiyalarda hətta iki min nəfər toplaya bilmirlər. Bu, onların real vəziyyətidir", - İ.Kobaxidze söyləyib.