Macarıstanın Parisdəki səfirliyinə terror aktı təhdidi barədə məktub və partlayıcı qurğunun fotoşəkli daxil olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Macarıstanın Xarici İşlər və Xarici İqtisadi Əlaqələr naziri Peter Siyarto feysbukdakı səhifəsində yazıb.
Qeyd olunub ki, bununla bağlı olaraq Fransa xüsusi xidmət orqanları diplomatik missiyanın binasında axtarışlar aparırlar.
İki axtarış itinin köməyi ilə səfirlikdə axtarış aparılıb.
Macar diplomatları həyatları ilə bağlı daxil olan təhlükə barədə nazirliyə məlumat veriblər.
Nazirin sözlərinə görə, Fransa hakimiyyəti partlayıcı maddələrin axtarışını aktiv şəkildə aparır.
O, həmçinin bildirib ki, təhdid məktubu qonşu ölkədən bir ünvandan gəlib və hazırda Macarıstanın xüsusi xidmət orqanları diplomatlarının təhlükəsizliyini təmin etmək üçün araşdırma aparır.