"2025-ci ildə Rusiya xüsusi hərbi əməliyyatda qələbə gözləyir".
Teleqraf.com xəbər verir ki, bunu Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedevin fikrincə, növbəti il asan olmayacaq, amma Moskva ona yaxşı nəticələrlə daxil olur.
O əlavə edib ki, ölkə ən vacib şeyə, xalqın istədiyinə ümid edir.
"Ölkə qələbə istəyir".
Medvedev deyib ki, yola saldığımız 2024-cü il ruslar üçün “çətin sınaqlar dövrü”nə çevrilib. O, Rusiyanın sərhəd rayonlarının atəşə tutulmasına, bunun nəticəsində mülki əhalinin əziyyət çəkməsinə işarə edib.