İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Dəməşq yaxınlığındakı bir neçə hərbi obyektə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Naharnet” portalı məlumat yayıb.
Onun sözlərinə görə, təyyarələr Suriya paytaxtının qərbindəki Əl-Qələmun dağlıq ərazisində yerləşən Suriya hərbi düşərgələrinə hücum edib.
Yerli sakinlər güclü partlayış səsləri eşitdiklərini və ərazidə tüstü gördüklərini bildiriblər. Təlafat və dağıntılar barədə məlumat yoxdur.