ABŞ prezidenti Co Bayden Konqresi silah qanunlarını gücləndirməyə, eləcə də avtomat silahları qadağan etməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Bayden "Sendi Huk" İbtidai Məktəbi faciəsinin ildönümündə danışıb.
“Konqres uşaqlarımızı və icmalarımızı zorakılıq epidemiyasından qorumaq üçün tədbirlər görməyə borcludur. Bizə universal yoxlamalar, silah təhlükəsizliyi qanunları və "Sandy Hook"da istifadə edilən kimi avtomat silahları qadağa etmək lazımdır" - prezident qeyd edib.
Bayden həm də vurğulayıb ki, onun prezidentliyi dövründə zorakılığın azaldılması istiqamətində mübarizədə mühüm nəticələr əldə edilib.