ABŞ-ın Corciya ştatındakı hərbi bazasında atışma nəticəsində bir nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, bu barədə "CBS" telekanalı məlumat yayıb.
İnsidentdən sonra hərbi baza müvəqqəti olaraq bağlanıb.
Məlumata görə, atışma bazadakı yaşayış binasında baş verib. Zərərçəkmiş və atıcı haqqında məlumat verilmir.