12:32
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşər Əsəd rejiminin süqutundan sonra Suriyaya qaçqın axını artıb. Təkcə dekabrın 9-dan 13-dək olan müddətdə Türkiyədən öz vətənlərinə könüllü olaraq 7621 qaçqın qayıdıb və ümumilikdə bu ilin 11 ayı ərzində bu göstərici 121 min 695 nəfər təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir söyləyib ki, Türkiyədə Suriyadan olan qaçqınların sayı 2 milyon 938 min nəfərdən çoxdur, onların əksəriyyəti Hələb vilayətinin keçmiş sakinləridir.

Digər məlumatlara görə, Hatay vilayətinin İdliblə həmsərhəd olan “Cilvegözü”, “Yayladağı” və “Zeytindalı” keçid məntəqələrində suriyalılardan ibarət uzun növbələr düzülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər